74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC) ilə əlaqədar olaraq Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 20 sentyabr - 7 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının beynəlxalq hava limanlarına çatdıqdan sonra viza ala biləcəklər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilə bilər:
-
74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının (IAF) müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatı təsdiq edən sənəd;
-
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikası Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu.