“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr

Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

 

I QRUP. 

- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.

Qeyd: Bir sıra ölkələr tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində müvafiq pasportlar üzrə mövcud olan vizasız gediş-gəliş rejiminin müvəqqəti dayandırılma və ya məhdudlaşdırılma halları mövcuddur. Bu xüsusda, müvafiq pasporta sahib Azərbaycan Respublikası vətəndaşlarına xarici ölkələrə səfər etmədən öncə həmin ölkə tərəfindən tətbiq olunan giriş-çıxış və viza qaydalarının dəqiqləşdirilməsini tövsiyə edirik.

 

Siyahı

 

II QRUP. 

- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;


- həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;


- Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;


- pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə - “Qayıdış şəhadətnaməsi”nə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.

   Ölkənin adı                     İki ölkə ərazisində vizasız yaşama üçün icazə verilən müddət

 

1     Belarus                               90 gün

2     Gürcüstan                          90 gün

3     Qazaxıstan                         90 gün

4     Qırğızıstan                          90 gün

5     Moldova                             90 gün

6     Özbəkistan                         90 gün

7     Rusiya                               90 gün

8     Tacikistan                          90 gün

9     Ukrayna                             90 gün

10   Türkiyə                               90 gün

11   Qətər                                  30 gün

 Qeyd: Təhsil və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir.

 

12  Birləşmiş Ərəb Əmirlikləri    90 gün

13  Serbiya                                90 gün

14  Albaniya                              90 gün

15  Mərakeş                              90 gün

 Qeyd: Ümumvətəndaş pasportuna malik vətəndaşlar.

 

 

 

III QRUP

Bundan əlavə, hazırda aşağıda qeyd edilən ölkələr tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:

 

 

Ölkənin adı

Ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət

 1. 

İran

15 gün

2.

Monteneqro

90 gün

3.


Bosniya və Herseqovina

 

90 gün

4.

Honq-Konq 

(Çinin Xüsusi inzibati ərazisi –

yalnız diplomatik və xidməti pasport)    

14 gün

5.

Malayziya

(ümumvətəndaş, diplomatik, xidməti pasport)

30 gün

6.

Livan

(ümumvətəndaş, diplomatik, xidməti)

 

30

180

90

 

 

IV QRUP


Azərbaycan Respublikası tərəfindən aşağıda qeyd olunan ölkələrin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:

 

№

Ölkənin adı

Azərbaycan Respublikasının ərazisinə vizasız gediş-gəliş və qalmaq üçün icazə verilən müddət

1.

Çin Xalq Respublikası

2024-cü ilin 20 iyul tarixindən 2025-ci ilin 20 iyul tarixinədək
3 dəfə və hər girişdə 30 günədək



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti